Məhəmməd İştiyyə: “Trampın gedişi ABŞ-ın Fələstinlə bağlı qərarını dəyişdirəcək”


Fələstinin Baş naziri Məhəmməd İştiyyə, ABŞ-ın "Əsrin müqaviləsi" adlandırdığı sülh planının ABŞ prezidenti Donald Trampla birgə Ağ Evi tərk edəcəyini vurğulayıb.
Yeniavaz.com
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, Fələstin Baş Nazirliyi tərəfindən verilən yazılı açıqlamada, İştiyyənin ABŞ Xarici Əlaqələr Şurası ilə telekonfrans yolu ilə bir görüş keçirdiyi bildirilib.
İştiyyə bildirib ki, Co Baydenin rəhbərlik etdiyi yeni ABŞ administrasiyasının iki dövlətli həll yolunu dəstəkləməsini gözləyir. O həmçinin İsrailin beynəlxalq nəzarət altında bir sülh konfransı təşkil etməsi, danışıqları davam etdirməsi və ya daha əvvəl imzalanmış müqavilələrə sadiq qalması barədə razılığa gəlməsinin lazım olduğunu diqqətə gətirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp 28 yanvarda Ağ Evdə İsrail Baş naziri Benyamin Netanyahu ilə keçirdiyi ortaq mətbuat konfransında birtərəfli Yaxın Şərq Sülh Planı (Əsrin Müqaviləsi) barədə məlumat vermişdi. Bundan sonra 15 sentyabrda Birləşmiş Ərəb Əmirliyi ilə İsrail arasında normallaşdırma müqaviləsi imzalanmış, Sudanla İsrail arasında da normallaşdırma münasibətləri olacağı barədə razılaşma olduğu dilə gətirilmişdi.

DİGƏR XƏBƏRLƏR

Top