Almaniya 6 azərbaycanlını deportasiya edəcək


Almaniyaya 2016-cı ildə gələrək bu ölkədən sığınacaq istəyən 6 Azərbaycan vətəndaşı deportasiya ediləcək.
Yeniavaz.com “report”a istinadla xəbər verir ki, ötən gün barələrində könüllü ölkədən çıxmaları ilə bağlı qərar olan Azərbaycan vətəndaşlarının işinə Düsseldorf Şəhər İdarə Məhkəməsində baxılıb.
Məhkəmə Almaniya Əcnəbilərlə İş üzrə Federal İdarəsinin Düsseldorf şəhər şöbəsinin qərarını dəyişməyib. Yekun qərar Azərbaycan vətəndaşları ilə bağlı mövcud prosedurların tez bir zamanda tamamlanması və ölkədən məcburi qaydada çıxarılmaları olub.
Onlar polis müşaiyəti ilə məhkəmə zalından birbaşa Düsseldorf şəhər hava limanının yaxınlığındakı deportasiya mərkəzində yerləşdiriliblər.
Məlumat üçün bildirək ki, Almaniya Miqrasiya və Qaçqınlarla İş üzrə Federal İdarəsi ötən ay ümumilikdə 3 191 nəfərin sığıncaq müraciətini rədd edib.

DİGƏR XƏBƏRLƏR

Top