Pensilvaniya Ali Məhkəməsindən Trampın seçki ilə bağlı şikayətinə cavab


Donald Trampın ABŞ-da prezident seçkilərində saxtakarlıq iddiası ilə bağlı Pensilvaniya Ali Məhkəməsinə etdiyi şikayət cavablandırılıb.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, Pensilvaniya Ali Məhkəməsi şikayət barədə araşdırmaların aparıldığını və qayda-qanunlara zidd heç bir hərəkətin müşahidə edilmədiyini açıqlayıb. Məhkəmədən həmçinin bildirilib ki, Seçki Şurası üzvləri Seçki Məcəlləsinə uyğun olaraq vəzifələrini icra ediblər.
Qeyd edək ki, ABŞ-da noyabrın 3-də keçirilən prezident seçkilərində Co Baydenin qalib gəldiyi açıqlanıb. Ancaq Donald Tramp seçkidə saxtakarlıq olduğu iddiası ilə məhkəməyə müraciət edib.

DİGƏR XƏBƏRLƏR

Top