Şri-Lankalı deputat Dilip Vedaraçi canlı yayımda çiy balıq yeyib.
Yeniavaz.com “Dailymail”ə istinadla xəbər verir ki, deputat koronavirusun balıqdan yoluxmadığını sübut etmək üçün canlı yayımda çiy balıq yeyib. Keçmiş Balıqçılıq naziri Dilip Vedaraçi bu addımı ilə sübut etməyə çalışıb ki, balıqlar koronavirus yoluxdurmur. Bunu etməsinə səbəb isə Şri-Lankada Mərkəzi bazarda pandemiya qorxusu ilə 10 min tondan çox balığın satılmadan qalması olub.