Hikmət Hacıyevdən hesabının bloklanması ilə bağlı AÇIQLAMA


Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabının bloklanması məsələsinə aydınlıq gətirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə o, "twitter"dəki hesabında yazıb. H. Hacıyev bildirib ki, hesabı erməni lobbi dairələrinin şikayəti əsasında fəaliyyətini dayandırıb:
"Əziz dostlar erməni lobbi dairələrinin şikayəti əsasında fəaliyyəti dayandırılmış "Twitter" profilimin bərpası üçün göstərdiyiniz qəti dəstəyə görə hər birinizə təşəkkür edirəm. Ali Baş Komandan, Prezident İlham Əliyev dediyi kimi "Biz Birlikdə Güclüyük"! Mübarizəmiz davam edir!"

DİGƏR XƏBƏRLƏR

Top