Putin: "Ermənistanın belə Qarabağın müstəqilliyini tanımaması əsas faktor oldu"

“Qarabağın suveren dövlət kimi tanınıb-tanınmaması heç şübhəsiz yaşanan qanlı konfliktdə əsas faktor idi".

Yeniavaz.com xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib. Rusiya dövlət başçısı Ermənistanın özünün belə Dağlıq Qarabağın müstəqilliyini tanımamasını vurğulayıb: "Ermənistanın belə Qarabağın müstəqilliyini tanımaması hadisələrin gedişində və onun qavrayışında əhəmiyyətli iz qoydu. Gəlin açıq danışaq. Biz Gürcüstanın keçmiş rəhbərliyinin kriminal fəaliyyətindən sonra, bizim sülhməramlılarımıza hücumundan sonra Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıdıq. Eləcə də Krımdakı xalqın Rusiya ilə birləşmə istəyinə qarşılıq verdik. Biz bunu açıq elədik, kiminsə xoşuna gəldi, kiminsə yox. Biz bunu orada yaşayan insanların və bütün Rusiyanın marağı əsasında etdik. Biz bunu açıq deməkdən çəkinmirik. Qarabağa qarşı belə bir addım atılmadı və bu öz növbəsində baş verən bütün hadisələrə səbəb oldu". 

DİGƏR XƏBƏRLƏR

Top