TBMM Azərbaycana hərbi qüvvə göndərmək barədə qanun qəbul edib


Bu gün Türkiyə Böyük Millət Məclisi Azərbaycana hərbi qüvvələr göndərilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib.

Yeniavaz.com xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Qanun layihəsinin müzakirəsində mövzu ilə bağlı Türkiyə parlamentində təmsil olunan partiya nümayəndələri, eləcə də komissiya sədrləri çıxış ediblər. Türkiyənin bundan sonra da Azərbaycanın yanında olacağı vurğulanıb.

Qeyd edək ki, qanun layihəsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə noyabrın 16-da TBMM-ə təqdim edilib. Qanuna görə, Türkiyə hərbçiləri 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər.

DİGƏR XƏBƏRLƏR

Top