Türkiyə Böyük Millət Məclisi Azərbaycana hərbi qüvvələr göndərilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib.
Yeniavaz.com xəbər verir ki, layihə parlamentin bu gün keçirilən iclasında müzakirə olunub və qəbul edilib.
Layihəyə əsasən, Türkiyə hərbçiləri 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər.