Əlcəzairdə koronavirusun ikinci dalğası məhdudiyyətləri artırdı


Əlcəzairdə koronavirusun yayılmasının qarşısının alınması üçün yeni məhdudiyyətlər tətbiq edilib.
Yeniavaz.com “İHA”ya istinadən xəbər verir ki, Əlcazirdə koronavirusun ikinci dalğasının yayılması barədə açıqlama Əlcəzairin Baş Nazirliyi tərəfindən verilib.
Yeni məhdudiyyətlərə əsasən, ölkənin əksər bölgələrində gecə küçəyə çıxma qadağası tətbiq ediləcək. İdman salonları, çimərliklər, gənclər və mədəniyyət mərkəzləri daxil olmaqla bütün əyləncə yerləri 15 gün müddətində bağlı olacaq. Müəssisələr saat 15:00-da bağlanacaq. Kafe və restoranlar yalnız paket xidmətləri göstərə biləcək. Tədbilərin keçirilməsinə qadağalar qoyulacaq.
Bundan əvvəl Əlcəzair Səhiyyə naziri Əbdürrəhman Benbouzid ölkədə koronavirusun ikinci dalğasnın yayıldığını və bunun təhlükəli olduğunu bildirmişdi.
Qeyd edək ki, Əlcəzairdə bu günə kimi COVID-19-a yoluxma halı 68 min 589, ölənlərin sayı 2168 olub.
 

DİGƏR XƏBƏRLƏR

Top