İsrail Rusiyadan COVID-19 peyvəndi almağa hazırlaşır


İsrailin baş naziri Bünyamin Netanyahu, Rusiyanın COVID-19 üçün hazırladığı "Sputnik V" peyvəndini almaq üçün Vladimir Putinlə telefonla danışıb.
Yeniavaz.com “İHA”ya istinadən xəbər verir ki, Netanyahu bu barədə təşkil olunmuş mətbuat konfransında məlumat verib.
“Moderna” şirkətinin də peyvənd sınaqlarında müvəffəqiyyət qazandığı deyən Netanyahu, vaksinlərdən tezliklə yararlanacaqlarını bildirib: “Dolayısıyla biz tünelin sonundakı işığı artıq görürük".
Qeyd edək ki, baş nazir Netanyahu 3 gün əvvəl ABŞ əczaçılıq şirkəti “Pfizer” tərəfindən koronavirusa qarşı hazırlanan potensial peyvəndi almaq üçün bir müqavilə imzaladıqlarını və peyvəndin ölkəyə yanvar ayının əvvəllərindən etibarən gətirilməyə başlayacağını açıqlamışdı.

DİGƏR XƏBƏRLƏR

Top