Kremlin sözçüsü Dmitriy Peskov, Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədrlərinə Türkiyənin Dağlıq Qarabağda böhranının həllindəki rolunu izah etməyə hazır olduğunu deyib.
Yeniavaz.com “RİA Novosti”yə istinadən xəbər verir ki, Kremlin sözçüsü Türkiyə Respublikası ilə ikitərəfli münasibətlərini şərh etmək istəmədiyini vurğulayıb: “Bizim ikitərəfli münasibətlərimiz var və buna dəyər veririk. Həmsədr kimi bizim əsas məqsədimiz Dağlıq Qarabağda bir müddət əvvəl əldə olunmuş sülhü necə qorumaq, qaçqın və məcburi köçkünlərin geri qaytarılmasını təmin etməkdir”.