Azərbaycanda nikahların sayı kəskin azaldı, boşanmalar artdı - RƏSMİ


Bu ilin ilk 9 ayı ərzində Azərbaycanda 26 min 312 nikah qeydə alınıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, nikahların 2 min 897-si “Şadlıq evləri”nin bağlı olduğu bu ilin sentybar ayında qeydə alınıb.
Müqayisə üçün qeyd edək ki, ötən ilin sentyabr ayında Azərbaycanda 4 min 735 nikah qeydə alınıb.
Nikahlardan fərqli olaraq boşanmaların sayı artıb. Belə ki, ötən ilin sentyabr ayında 1396 boşanma qeydə alındığı halda, bu ilin sentyabr ayında 1445 boşanma qeydə alınıb.
 

DİGƏR XƏBƏRLƏR

Top