Peruda bir həftə ərzində üçüncü dəfə prezident dəyişikliyi oldu


Peruda keçmiş prezident Martin Viscarranın yerinə gələn Manuel Merinonun da istefa verib.
Yeniavaz.com “İHA”ya istinadən xəbər verir ki, Peruda ötən gün parlament yenidən toplanıb. 97 nəfər lehinə, 26 nəfər əleyhinə səs verməklə Fransisko Saqastin yeni prezident seçilib. Bununla da Peruda bir həftə ərzində üçüncü dəfə prezident dəyişikliyi olub.
Qeyd edək ki, Cənubi Amerika ölkələrindən olan Peruda ötən həftədən bəri siyasi qeyri-sabitlik davam edir. Keçmiş prezident Martin Viskarra rüşvətxorluqda günahladırılaraq, vəzifədən uzaqlaşdırılmış və ökədə xaos yaranmışdı. Bundan sonra Merino onun yerinə təyin olunmuşdu. 2 nəfərin ölümü, xeyli insanın yaralanması və şiddətli aksiyaların davam etməsi səbəbindən 5 gün sonra o da vəzifəsindən istefa verib.

DİGƏR XƏBƏRLƏR

Top