“Ermənistan tərəfi kapitulyasiya aktını imzalamasaydı, özləri bilirdi bu müharibənin nəticəsi nə ilə qurtaracaq”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Füzuli və Cəbrayıla səfəri zamanı çıxışında deyib.
Prezident bildirib ki, bundan sonra heç kim bizimlə ulimatm dili ilə danışa bilməyəcək: “Rəzil vəziyyətdə olan Paşinyan bizə 7 şərt irəli sürmüşdü. Başına vurduq o şərtləri. Mənim bir şərtdim var idi. Rədd ol, çıx get! Və o şərtə əməl edildi. Güc, birlik, igidlərimiz, şəhidlərimiz hesabına. Bir daha Füzuli şəhərində şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Onların yaxınlarına səbr diləyirəm və valideynlərinə təşəkkür edirəm ki, dövlətimiz üçün belə igidlər yetişdiriblər. Onların xatirəsi əbədi bizim qəlbimizdə yaşayacaq”.