Bu ilin ilk 3 rübünün sonunda BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 497 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “BP-Azərbaycan” şirkətindən məlumat verilib.
Məlumat üçün bildirək ki, 2019-ci ilin sonunda BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 534 nəfər olub. Rəqəmlərdən də göründüyü kimi bu ilin ilk 9 ayı ərzində BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 37 nəfər azalıb.