Fransada koronavirusdan ölüm halları durmadan artır


Son 24 saat ərzində Fransada koronavirusdan 508 nəfər dünyasını dəyişib.
Yeniavaz.com
“İHA”ya istinadən xəbər verir ki, bununla da Fransada COVID-19-dan ölənlərin sayı 45 min 54 nəfərə çatıb.
Fransada ölüm hallarının artmasına baxmayaraq yoluxma halları aşağı düşüb.
Fransa Səhiyyə Nazirliyinin məlumatına əsasən, son 24 saat ərzində 9 min 406 yeni yoluxma halı qeydə alınıb.
Ümumilikdə ölkə ərazisində yoluxanların sayı 1 milyon 991 min 233 nəfərə çatıb.
Hazırda Fransada 16 min 784 nəfər müalicə alır ki, onlardan 2643 nəfəri reanimasiyaya yerləşdirilib.

DİGƏR XƏBƏRLƏR

Top