Türkiyədə Azərbaycana göndəriləcək əsgərlərlə bağlı son vəziyyət müzakirə olunacaq


Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə Türkiyə Nazirlər Kabinetinin iclası keçiriləcək.
Yeniavaz.com
“TRT Haber”ə istinadən xəbər verir ki, iclasın əsas mövzusu COVID-19 ilə mübarizə olacaq.
İclasda müzakirə olunacaq digər əsas mövzu isə Dağlıq Qarabağda tətbiq olunacaq atəşkəs prosesi olacaq.
Rusiya nümayəndə heyəti ilə Ankaradakı danışıqlar kabinet iclasında müzakirə ediləcək.
Bundan başqa bölgəyə göndəriləcək Türk sülhməramlıları ilə bağlı son vəziyyət də qiymətləndiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top