FHN-dən dünənki yağışın fəsadları barədə AÇIQLAMA


Bir neçə gündür Azərbaycan ərazisində yağan intensiv yağışlar nəticəsində bəzi şəhər və rayonlarda, xüsusən Bakı şəhərində və Xaçmaz rayonunda küçə və prospektlərin, fərdi yaşayış evlərinin və həyətyanı sahələrin, digər obyektlərin və onların ətrafının yağış suları ilə dolması barədə FHN-nin “112” qaynar telefon xəttinə vətəndaşlardan çoxsaylı müraciətlər daxil olub.

Yeniavaz.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verib. 

Bildirilib ki, yağışların törətdiyi fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal Regional Mərkəzinin canlı qüvvəsi və texnikaları yağış sularının yığıldığı ərazilərə cəlb olunub. Xilasetmə tədbirləri nəticəsində köməksiz vəziyyətdə qalmış vətəndaşlar təhlükəsiz əraziyə çıxarılıb, suçəkmə işləri və digər təxirəsalınmaz tədbirlər görülüb. 

Hazırda yağış sularının çəkilməsi işləri davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top