Prezident: Düşmən Kəlbəcərə, Cəbrayıla, bütün dağıntılara görə cavab verəcək - VİDEO

"Bax bura Cəbrayıl şəhərinin mərkəzi. Bir dənə də salamat bina yoxdur. Bir dənə də bina qoymayıblar. Yalnız o tərəfdə özləri üçün hərbi hissə tikiblər. Bütün qalan infrastruktur, evlər, binalar, məktəblər, ictimai binalar hamısı düşmən tərəfindən sökülüb. Onlar buna görə cavab verəcəklər,  beynəlxalq məhkəmələrdə cavab verəcəklər".

Yeniavaz.com xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş Cəbrayıl şəhərində deyib.

“Beynəlxalq qurumlar, ekspertlər gələcək, 30 il ərzində bizə vurulmuş bütün ziyan hesablanacaq, ondan sonra təzminat davası açılacaq. Bu günlərdə Kəlbəcəri dağıdan, meşələri  qıran, binaları, məktəbləri yandıran düşmən onun da cavabını verəcək. Onlar hesab edirdilər ki, bu dağıntılardan sonra,  Azərbaycan əhalisi heç vaxt bura qayıtmayacaq. Bu məqsədlə buranı dağıdıblar, amma səhv ediblər. Biz qayıtmışıq, öz doğma torpağımız Cəbrayıl şəhərində durmuşuq. Bütün buraları edəcəyik", - deyə dövlət başçısı bildirib.
 

DİGƏR XƏBƏRLƏR

Top