“1993-cü ildə iki helikopterin qadınlarımızı Kəlbəcərdən Ermənistana aparması məlumatı yalandır”

Sosial şəbəkələrdə 1993-cü ildə Kilsəli və ya Günəşli kəndində Kəlbəcərin mərkəzinə enən iki helikopterin qadın və qızları yığaraq Ermənistana aparmaları ilə bağlı məlumat yayılıb. Bildirilir ki, həmin dövrdə qadınları təhlükəsiz əraziyə çıxarmaq cəhdi o qədər güclü idi ki, sağollaşamağa macal qalmırdı. Pilotlar helikopterə minmək istəyən yaşlıları qadınlı-kişili kənara itələyir, “Sən gözlə, əvvəlcə cavan qadınlar! Onları düşmən əlinə düşməkdən qorumaq lazımdır!” sözlərini deyirdilər. Helikopterlər səmaya qalxandan sonra kəlbəcərlilər erməni hiyləsinə aldandıqlarını başa düşsələr də, artıq gec idi. Hər iki helikopter Azərbaycanın dövlət sərhədini keçib, Ermənistana tərəf uçurdu.Burada hətta “mən qızlarımı əlimlə ermənilərə əsir verdim” deyərək ov tüfəngi ilə özünü güllələyənlər də oldu.

Məsələ ilə bağlı 1993-cü ildə Kəlbəcər aeroportunun rəhbəri Telman Ələsgərovla əlaqə saxladıq. O, Yeniavaz.com-a açıqlamasında bildirdi ki, sosial şəbəkələrdə Kəlbəcərdəki iki helikopterlə bağlı yayılan məlumatlar yalandır: “Əvvəldən sona qədər helikopterin uçuşlarına mən nəzarət etmişəm. Həmin dövrlərdə bizim qəzaya uğrayan helikopterlərimiz olub. Birinin mühərriki sıradan çıxıb və çaya düşüb, digərini külək sıradan çıxardıb, bir başqası isə Turşsuda vurulub. Vurulan helikopter Murovdağ tərəfə gəlmişdi.  Deyilənə görə, düşmən həmin helikopterdə Azərbaycanın sabiq daxili işlər naziri İsgəndər Həmidovun olduğunu düşünüb, ona görə vurub. Lakin, helikopterdə 3 pilot və 1 ekipaj üzvü olub. 1993-cü ildə helikopterlərin Ermənistana getməsi xəbəri yanlız şayiədir”.  

DİGƏR XƏBƏRLƏR

Top