Paşinyan: “Yüzlərlə erməni əsgəri itkindir”


Ermənistanın baş naziri Nikol Paşinyan, yüzlərlə erməni əsgərinin Dağlıq Qarabağdakı müharibədə itkin düşdüyünü və bəzi əsgərlərin sağ ola biləcəyini deyib.
Yeniavaz.com
“İHA”ya istinadən xəbər verir ki, Paşinyan sözügedən məlumatı bu gün təşkil olunmuş mətbuat konfransında açıqlayıb. Baş nazir iki tərəf arasında cənazələrin dəyişdirilməsi məsələsi həll olunduqdan sonra əsirlərin dəyişdirilməsinə başlanılacağını deyib. O qeyd edib ki, bütün cənazələr təhvil verildikdən sonra ölkə ərazisində 1 günlük matəm elan olunacaq.
Qeyd edək ki, Ermənistan hökumətinin verdiyi rəsmi məlumata görə, 2300-dən çox hərbçiləri məhv edilib.

DİGƏR XƏBƏRLƏR

Top