Bakıda yağan güclü yağış torpaq sürüşməsinə səbəb olub.
Yeniavaz.com xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə video yayımlanıb. Videogörüntülərdə istinad divarının uçması nəticəsində 3 avtomobilin daşlar altında qaldığı görünür. İlkin məlumatlara görə, hadisə Nizami rayonu, Qara Qarayev prospekti 61 ünvanında qeydə alınıb.