Paşinyan yüksək vəzifəli generalı vəzifəsindən azad etdi


Ermənistanın baş naziri Nikol Paşinyanın qərarı ilə Hərbi Sənaye Komitəsinin sədri, general-leytenant Artak Davtyan vəzifəsindən azad edilib.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, Artak Davtyan bu ilin iyun ayında Hərbi Sənaye Komitəsinin sədri təyin olunub.
Qeyd edək ki, birinci Qarabağ müharibəsi zamanı Azərbaycana qarşı döyüşən Artak Davtyan bu vəzifəyə kimi Ermənistan Baş Qərargah rəisi vəzifəsini tutub.
 
 

DİGƏR XƏBƏRLƏR

Top