Almaniyada son günlər koronavirusa yoluxma hallarının artması səbəbilə hökumət mübarizə tədbirlərini artırır.
Yeniavaz.com “İHA”ya istinadən xəbər verir ki, Almaniya iki həftə əvvəl koronavirus pandemiyasına qarşı başlatdığı qismən normallaşdırma tədbirlərini artırır.
COVID-19-un artmasının qarşısının alınması üçün Almaniya kansleri Angela Merkel bu gün bələdiyyə başçıları ilə görüşəcək. Bu görüşdə ölkə daxilində görüləcək yeni tədbirlərin müzakirə ediləcəyi və bir sıra qadağaların tətbiq olunacağı gözlənilir.
Qeyd edək ki, Almaniyada ümumilikdə koronavirusa yoluxma sayı 802 min 944-ə qalxıb. Ölənlərin sayı 12 min 692, sağalanların sayı 502 min 300 nəfər olub. Aktiv koronavirus daşıyıcılarının sayı isə 287 min 952 nəfərdir.