Paşinyan Qarabağdakı erməni əsgərlərə çağırış etdi - Sizi gözləyirəm…


Ermənistanın baş naziri Nikol Paşinyanın “Facebook” sosial şəbəkəsində yazdığı sözlər ölkədə ciddi müzakirələrə və etirazlara səbəb olub.
Yeniavaz.com
xəbər verir ki, Nikol Paşinyan işğal altında olan Qarabağdakı erməni əsgərlərin İrəvana gəlməsini istəyib.
Paşinyan yazıb ki, bu gün cəbhədəki əsgərlərin onlarla videosunu izlədim: “Oğlanların anlayışına heyran qaldım. Uşaqlar, haqlısınız. Yerevanda sizi gözləyirəm. Nəhayət divarlar altında ağlayanların problemlərini həll etmək lazımdır. Sizinlə fəxr edirəm".
Baş nazirin bu sözlərinə etiraz edənlər bildirilər ki, Paşinyan “divarlar altında ağlayanlar” deyəndə mitinq keçirən müxalifəti nəzərdə tutur və əsgərlərin İrəvana gələrək onlara zor tətbiq etməsini istəyir.

DİGƏR XƏBƏRLƏR

Top