Mingəçevirdə özünəqəsdin qarşısı alınıb


Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Mingəçevir şəhərində 1 nəfər körpünün üzərinə çıxaraq intihar etmək istəyini
nümayiş etdirib. 
Yeniavaz.com
xəbər verir ki, Mingəçevir Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. 
Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top