Paşinyana sui-qəsddə ittiham edilən Vanetsyan azadlığa çıxdı


Ermənistanın baş naziri Nikol Paşinyana sui-qəsd hazırlamaqda günahlandırılan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəisi Artur Vanetsyan məhkəmə zalından azadlığa buraxılıb.

“Məni etmədiyim cinayətlərdə ittiham etdilər. Siyasi proseslərdən uzaqlaşdırmaq istəyirlər”, deyə Artur Vanetsyan jurnalistlərə bildirib.

Qeyd edək ki, Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəisi Artur Vanetsyan cinayət məcəlləsinin iki maddəsi ilə - baş nazir Nikol Paşinyana qarşı sui-qəsd hazırlamaqda və hakimiyyət çevrilişinə cəhddə ittiham olunurdu.//report

DİGƏR XƏBƏRLƏR

Top