Solovyov: "İlham Əliyev Azərbaycanın Milli Qəhrəmanıdır" - VİDEO


“Azərbaycan və Prezident İlham Əliyev Qarabağdakı müharibədə mütləq qalib oldu. Bütün əraziləri fəth etdi. İndi Dağlıq Qarabağın nə Ermənistana qoşulması, nə də müstəqilliyi müzakirə olunur. Dağlıq Qarabağın statusu Ermənistandakı quduz insanların istəkləri istiqamətində dəyişməyəcək". Yeniavaz.com xəbər verir ki, bu sözləri İsrail dövlət xadimi, diplomat, "Nativ" xidmətinin keçmiş rəhbəri Yakov Kedmi "Solovyov Live" proqramında deyib.

Yakov Kedmi hesab edir ki, Ermənistan bu qədər biabırçı məğlubiyyət olmadan da Azərbaycanla razılığa gələ bilərdi.
“İlham Əliyev müharibəyə hazırlaşan və qarşıya qoyulmuş vəzifəni həll edən mütləq bir qalib kimi görünür. Əlbətdə ki, İ.Əliyev birbaşa qarşıdurmada Paşinyanı məhv etdi. Peşəkar görünürdü. Həqiqi bir Prezidentə, Paşinyan isə Şuşada qastrol səfərini təşkil edən pis bir rəqqasa bənzəyirdi”, - Vladimir Solovyov deyib.

Yakov Kedmi isə bildirib ki, İlham Əliyevi Paşinyanla müqayisə belə etmək olmaz: “Onları necə müqayisə edə bilərsiniz? Bu insanları nə təcrübə, nə təhsil, nə də dövlət təfəkkürü ilə müqayisə etmək olar. Əliyev Azərbaycanın milli vəzifələrindən birini həll etdi".

"İlham Əliyev Azərbaycanın Milli Qəhrəmanıdır". Bunu isə Vladimir Solovyov müsahibinin sözünə cavabında deyib.

DİGƏR XƏBƏRLƏR

Top