Ceyhun Bayramov Lavrovla telefonda danışdı


Bu gün Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun telefon danışığı baş tutub.
Yeniavaz.com
xəbər verir ki, bununla bağlı Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsi məlumat yayıb.
Tərəflər bölgədə mövcud olan son durumu, 10 noyabr tarixli üçtərəfli bəyanatın icrasını, razılaşmadan irəli gələn bir sıra məsələlərin, o cümlədən humanitar xarakterli tədbirlərin reallaşmasında əlaqələndirmənin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

DİGƏR XƏBƏRLƏR

Top