İki oğlu şəhid olan ana: ”Oğlumun biri nişanlı idi” - FOTO


Atasız böyütmüşdü onları anası Sevinc Əhmədova, birinin 27-di digərinin 26 yaşı vardı. Öz arzuları vardı mingəçevirli qardaşların. Onlardan biri nişanlı, digəri subay idi. Anası, qohum əqrəba Əlinin toyuna hazırlaşırdı. Bəy kostuyumu da elə otağında asılı qalıb. Vətən müharibəsinin ilk günü Sevinc ana əvvəl kiçik, bir neçə saat sonra isə böyük oğlunun şəhid xəbərini alır. Əli və İslam Əhmədov qardaşları sevdikləri vətən uğrunda şəhid olurlar. Yaxınları Əlinin yaxşı tankçı olduğunu deyir. Elə döyüşdə də qəhrəmanlıqları ilə seçilib.Şəhid anası Sevinc xanım təskinliyi onların xəyalları ilə danışmaqdan və torpaqların azad olunmasından aldığını bildirir.

Şəhidlərin bibisi Ceyran Məmmədova deyir ki, Əli yaxşı tankçı idi: ”Anasına deyərdi ki, “ay ana mən tankı yaxşı sürürəm, biz düşmənin belini qırırıq”. Əlinin  nişanı olmuşdu toya hazırlaşırdı toyu yarımçıq qaldı. Hamımız onun toyunu gözləyirdik.Onlar şəhidlik zirvəsinə ucaldılar. İki qardaş idilər, onlar hələ balaca olanda ataları rəhmətə gedib. Biz hamımız fəxr edirik ki, onlar vətən uğrunda canlarından keçdilər şəhidlik zirvəsinə ucaldılar”.
Mingəçevir sakinləri Əhmədov qardaşlarının vətənsevər, mərd, cəsur gənclər olduğunu deyirlər. Hər kəs onlarla fəxr edir!
Qarabağ qazisi Aygün Tahirova tez-tez anaya baş çəkdiyini deyir: ”Əli İslamdan böyük idi, iki qardaşıydılar, atasız böyümüşdülər. Anaları Sevinc xanım çox əziyyət çəkib onların ərsəyə gəlməsində. Mən fəxr edirəm ki, Mingəçevirdə belə igid, mərd oğlanlar var. Şəhidlərimzin qarşısnda baş əyirəm”.

Əli, İslam onunla bərabər vətən uğrunda şəhid olan digər qəhrəmanlar ruhunuz şad olsun. Uğrunda canınızdan keçdiyiniz işğal altındakı torpaqlarımız artıq azaddır. 
Esmira Hidayətova, Mingəçevir
 

DİGƏR XƏBƏRLƏR

Top