Gürcüstanda son sutkada koronavirusa yoluxanların sayı 3 mini ötüb


Gürcüstanda son sutkada daha 3 020 nəfər koronavirusa yoluxub.
Yeniavaz.com
 xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Məlumata görə,  koronavirusla bağlı testi pozitiv çıxan 34 pasiyent vəfat edib, 3 387 nəfər sağalaraq evə buraxılıb.
Bununla da qonşu ölkədə COVID-19-a ümumi yoluxma göstəricisi 79 678 nəfərə çatıb. Onların 62 061-i sağalıb, 703-ü isə dünyasını dəyişib.

DİGƏR XƏBƏRLƏR

Top