Kəlbəcəri tərk edən ermənilər evləri yandırmaqla yanaşı ağacları da kəsiblər.
Yeniavaz.com xəbər verir ki, ermənilərin bu vandallığı rus sülhməramlıları da hiddətləndirib.
"Telegram"da yayılan video görüntülərdə rus əsgər ermənidən niyə meşəni qırdığını soruşsa da cavab ala bilmir.