Birinci Qarabağa müharibəsi zamanı "Sisakan" adlı terrorçu birləşmənin başçısı olan və ikinci Qarabağ müharibəsində isə oğlanları ilə birgə Azərbaycan Ordusuna qarşı döyüşən "Aşot Yerkat" ləqəbiylə tanınan Aşot Minasyan həbs edilib.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, Milli Təhlükəsizlik Xidməti Minasyanın saxlanıldığını təsdiqləyib.
Məlumatda bildirilir ki, Aşot Minasyan Nikol Paşinyan hökumətinə qarşı İrəvanda keçirilən etiraz aksiyaları zamanı saxlanılıb.