Vilayət Eyvazov Mirqafar Seyidovu vəzifəsindən azad etdi - ƏMR


Daxili İşlər Nazirliyində (DİN) kadr dəyişikliyi olub.
Yeniavaz.com xəbər verir ki, polis general-mayoru Mirqafar Seyidov Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsindən azad edilib.
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun digər əmri ilə o, DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin rəisi təyin olunub.
Bakı Şəhər Baş Polis İdarəsinə hələlik rəis təyinatı olmayıb.

DİGƏR XƏBƏRLƏR

Top