Filippini cənginə alan Vamko qasırğasında ölənlərin sayı artır


Filippində baş vermiş qasırğa nəticəsində ölənlərin sayının 42-yə qalxdığı bildirilib. 
Yeniavaz.com
"İHA" ya istinadən xəbər verir ki, səlahiyyətlilər qasırğada 20-yə yaxın insanın itkin düşdüyünü qeyd edib. 
Filippinin baş qərargah rəisi General Qilbert Qapay, fəlakətə qarşı mübarizə xidməti ilə birgə təcili iclas keçirib. İclasda qasırğanın nəticələrindən danışılaraq ölmüş və itkin düşmüşlərin sayı barədə məlumat verilib. Belə ki, iclasda qasırğada ölənlərin sayı 39, itkin düşənlərin sayı isə 32 nəfər göstərilib. Səlahiyyətlilər, Luzonda 43 nəfərin yaralandığını qeyd edib. 
Baş verən güclü yağışlar sel və daşqına səbəb olub. Xeyli ev yararsız hala düşüb.
Fəlakət nəticəsində 400 mindən çox insan evini tərk etmək məcburiyyətində qalıb. 
Qeyd edək ki, ötən çərşənbə günü küləyin sürəti saatda 160 kilometrə çatdığı üçün ölkədə həyat iflic vəziyyətə düşüb.

DİGƏR XƏBƏRLƏR

Top