Ermənistan mətbuatı: XİN rəhbəri Paşinyanın planından xəbərsiz olduğunu etiraf etdi


Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan  Baş nazir Nikol Paşinyanın imzaladığı bəyanatdan xəbərsiz olduğunu deyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Qraparak” qəzeti məqalə dərc edib.
“Bu günlərdə bir çox məmur yer altında gizlənib, amma ən qəribəsi XİN rəhbəri Zöhrab Mnatsakanyanın susmasıdır. Çünki bu, ilk öncə diplomatiyanın, daha sonra ordunun məğlubiyyətidir”, - deyə məqalədə qeyd olunub.
Qəzet daha sonra yazır ki, Mnatsakanyan bu yaxınlarda XİN-in rəhbər şəxslərini toplayaraq N.Paşinyanın belə bir razılaşma imzalayacağından xəbəri olmadığını bildirib.
“Razılaşmanın onun üçün gözlənilməz olduğunu söylədi. İclasdakılar bu sözlərə çox qəzəbləndilər, ona inanmadılar və nazirin qarşısında ciddi ittihamlar səsləndirdilər. Nazir müavinlərindən biri bu oyunda iştirak etmək istəmədiyini deyəyərək qalxıb getdi. Xarici İşlər Nazirliyinin bu və ya digər şəkildə danışıqlar prosesində illərdir iştirak edən işçilərinin əksəriyyəti hadisəni bağışlanmaz hesab edir və Zohrab Mnatsakanyanın da istefa etməsi lazım olduğunu düşünürlər”, - deyə məqalədə vurğulanıb.

DİGƏR XƏBƏRLƏR

Top