Pakistanda 5.4 bal gücündə zəlzələ baş verib


Pakistanın Bəlucistan əyalətinin Ketta şəhərində 5.4 bal gücündə zəlzələ baş verib.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadən xəbər verir ki, Pakistan Milli Seysmik Nəzarət Mərkəzi (NSMC) zəlzələnin episentrinin Kettadan 38 kilometr şimal-şərqdə yerin 10 kilometr dərinliyində qeydə alındığını bildirib. 
NSMC təkanların Puçin, Harnayi və Bəlucistanın digər bölgələrində də hiss olunduğunu bildirib. Zəlzələdən sonra xeyli sayda pakistanlı küçələrə axışıb. 
Zəlzələdə insan tələfatı və ya maddi itki olub-olmadığı ilə bağlı heç bir məlumat verilməyib.

DİGƏR XƏBƏRLƏR

Top