ABŞ İsrailin "Dəmir Günbəz"lərini sınaqdan keçirir


ABŞ Hərbi Hava Qüvvələri İsraildən aldığı Dəmir Günbəz Hava Hücumundan Müdafiə Sistemlərini sınaqdan keçirməyi planlaşdırır. 
Yeniavaz.com
"Anadolu" agentliyinə istinadən xəbər verir ki, Dəmir Günbəzin sınağı Texasda yerləşən "Fort Bliss" hərbi bazasında həyata keçiriləcək. 
ABŞ Quru Qoşunlarının verdiyi açıqlamada bildirilir ki, Dəmir Günbəzlər sınaqdan keçirilmək, qiymətləndirilmək, mövcud hava və raket hücumundan müdafiə sistemlərinə inteqrasiya edilmək üçün bu gün işə salınıb. 
Sistemlərin yerləşdirmə prosesinin 16 noyabr tarixinədək davam edəcəyi bildirilir. 
Qeyd edək ki, ABŞ  2019-cu ildə İsrailin "Rafael" şirkəti tərəfindən istehsal olunan Dəmir Günbəzi alacağını elan etmişdi. Bu ilin sentyabr ayında silahlar İsrail Müdafiə naziri Beni Qantzın da iştirakı ilə ABŞ-a təqdim olunub.

DİGƏR XƏBƏRLƏR

Top