Dünyada koronavirusa rekord sayda yoluxma halı qeydə alınıb - ÜST


Dünyada ötən sutka ərzində koronavirusa rekord sayda - 628 mindən artıq yoluxma halı qeydə alınıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 628 136 nəfər yeni koronavirusa yoluxub, 9 623 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 52 487 476, ölənlərin isə 1 290 653 nəfərə çatıb.

Bildirilir ki, bu günə qədər ən çox yoluxma halı noyabrın 7-si qeydə alınmışdı (613 977).

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.//Trend

DİGƏR XƏBƏRLƏR

Top