"Erməni tərəfi üçtərəfli razılaşmanı cırıb zibil qutusuna ata bilər, amma..." - Paşinyan


"Erməni tərəfi Qarabağla bağlı üçtərəfli razılaşmanı cırıb zibil qutusuna ata bilər, amma bu heç nəyi dəyişməyəcək". Yeniavaz.com “Sputnik-armeniya”ya istinadən xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın İctimai televiziya kanalına verdiyi müsahibəsində söyləyib.
"Bu sənədi cırıb ata bilərik, amma nəticələrini düşünməliyik. Bunu etsək, 10 Noyabrdan əvvəlki vəziyyətə, yəni müharibəyə qayıdacağıq. Bunun nəticələrinin nə olacağını anlamaq lazımdır", - deyə N.Paşinyan bildirib.

Onun sözlərinə görə, imzalanmış sənədi sərt şəkildə tənqid edən müxalifət, əvvəllər bu sənədə  alternativ heç bir təsirli yol təklif etməyib.
"Xankəndi müdafiəsiz qaldı, o tutulduqdan sonra həm Əsgəran, həm də Ağdərə alınacaqdı. Nəticədə, öncəbhə  olan 20-30 min erməni əsgəri mühasirəyə düşəcəkdi. Arxadan hücumlara məruz qalacaq və qaçmaq fürsəti tapmayacaqdılar", - deyə Paşinyan qeyd edib.
 
 

DİGƏR XƏBƏRLƏR

Top