Rusiya sülhməramlıları Qarabağda - FOTOLAR

Rusiyanın “RİA Novosti” agentliyi Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsi ilə bağlı fotoreportaj təqdim edib:

1. Dağlıq Qarabağa Rusiyanın 1960 sülhməramlısından artıq 1100-i yerləşdirilib.  

2. Motoatıcı briqadanın 15-ci batalyonu noyabrın 12-də Xankəndiyə daxil olub.

3. Müşahidə məntəqələrində mülki əhaliyə qarşı qayda pozuntuları barədə informasiya toplanacaq, nəqliyyatın təhlükəsiz hərəkəti izlənəcək.

4. Sülhməramlı kontingent müasir hərbi və xüsusi texnikalarla təchiz olunub.

5. Demək olar ki, əraziyə cəlb olunan bütün sülhməramlı kontingent humanitar əməliyyatların təmin edilməsi üzrə təcrübəyə sahibdir.

6. Rusiya sülhməramlılarının Dağlıq Qarabağda yaratdığı baza.


7. İnfrastrukturun bərpası və Qarabağdakı əhaliyə yardım məqsədilər humanitar mərkəz yaradılacaq. 

8. Rusiya PDM-ləri Laçın dəhlizində.

9. Sülhməramlılar Laçın şəhərində patrul nəzarəti həyata keçirir.

10. Sülhməramlılar tərəflərin təmas xətti boyu yerləşdiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top