Rusiyanın Müdafiə naziri Sergey Şoyqu sülhməramlı qüvvələrin Qarabağa yerləşdirilməsi planları barədə danışıb.
Yeniavaz.com “ria.ru”ya istinadla xəbər verir ki, Şoyqu 1100-dən çox sülhməramlı qüvvənin, 1168 bölmənin Qarabağa göndərildiyini bildirib. Onun sözlərinə görə, artıq cənub istiqamətində postların qurulması prosesi başa çatıb:
“Digər sülhməramlı hissə isə Qarabağın şimal istiqamətlərində yerləşdiriləcək. Sabah həmin zonalarda daha 8 post qurulacaq”.