Naxçıvan sərhədində vurulan rus helikopteri ilə bağlı Peskovdan AÇIQLAMA


Kreml sözçüsü Dmitri Peskov Naxçıvan sərhədində vurulan helikopterlə bağlı daha bir açıqlama verib.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, Peskov vurulan rus helikopteri ilə bağlı Azərbaycanın tez reaksiya verməsinə və üzrxahlığın qəbul edilməsinə diqqət çəkib:
“Bu faciənin baş verməsi bizim vətəndaşlarımız, xalqımız üçün ağırdır. İki hərbçimiz vəfat edib. Azərbaycan təqsirkarların cəzalandırılacağını açıqlayıb”.
Qeyd edək ki, noyabr ayının 9-da Ermənistanla Azərbaycan sərhədi yaxınlığında Rusiyaya aid helikopterin vurulması nəticəsində, iki heyət üzvü həlak olmuş, biri  isə yaralanmışdı. Azərbaycan XİN hadisə ilə bağlı açıqlama verərək helikopetrin səhvən vurulduğunu bildirmişdi.
 
 

DİGƏR XƏBƏRLƏR

Top