Vüsal Məmmədovun şikayəti əsasında Aqil Layıc haqqında intizam icraatı başladıldı


"Dünən sosial şəbəkələrdə və mediada mənim haqqımda intizam icraatının başlanması ilə bağlı məlumat getmişdir. Bəli, o məlumatı təsdiq edirəm və qeyd etmək istəyirəm ki, barəmdə Vüsal Məmmədov adlı jurnalist şikayət edib ki, mən onun şərəf və ləyaqətini alçatmışammış".
Yeniavaz.com
xəbər verir ki, bu sözləri tanınmış vəkil Aqil Layıc özünün “facebook” səhifəsində yazıb. O bildirib ki, V. Məmmədovun haqqında səsləndirdiyi fikirlər onun şəxsi fikridir, vəkillik fəaliyyətinə aidiyyatı yoxdur:
“İntizam icraatına gəldikdə isə bu gün saat 12-də baş tutdu. Məni dinlədilər və bu yöndə iclas oldu. Orda da təkidlə qeyd etdim ki, o insane mənim vəkilliyimin obyekti və subyekti olmamışdır. Məndən şikayət edən özünü jurnalist adlandıran bu şəxs, başa düşməli idi ki, insanların şəxsi həyatını, intim videolarını efirdə vermək, təqdim etmək, komment vermək hüququn ali dəyərlərinə, mənəviyyəta ziddir, əxlaqsızlıqdır”.
Vəkil bildirib ki, hələ ki, Vəkillər Kollegiyası hər hansı bir qərar elan etməyib.
Jurnalist Vüsal Məmmədov da sosial şəbəkələr vasitəsilə məsələyə münasibət bildirib:
"Aqil Layıc bir müddət qabaq məni səbəbsiz yerə ağır formada təhqir etmişdi. Mən də onun haqqında Vəkillər Kollegiyasına şikayət və məhkəməyə müraciət etdim. Mən onun səviyyəsinə enib, öz dilində cavab vermədim. Hər şeyin sivil həlli olmalıdır. Bir halda ki, vəkildir, gəlsin, hüquqi dildə danışaq. Kim qanunu pozubsa, cəzasını da alsın. Mən pozmuşamsa, cəzamı çəkməyə hazıram. Eyni zamanda, hüquqlarımı da sona qədər müdafiə edəcəyəm. İnanıram ki, Vəkillər Kollegiyası da, Məhkəmə də ədalətli qərar çıxaracaqlar".

DİGƏR XƏBƏRLƏR

Top