Fəxrəddin Abbasov həbsxanada intihar etdi - RƏSMİ

 


Dövlətə xəyanətdə təqsirləndirilən Fəxrəddin Abbasov saxlanıldığı cəzaçəkmə müəssisəsində intihar edib.
Faktı Yeniavaz.com-a Baş Prokurorluğun mətbuat katibi Günay Səlimzadə təsdiqləyib.
Qeyd edək ki, F.Abbasov Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşlarıyla əlaqədə ittiham olunaraq 16 il müddətinə azadlıqdan məhrum edilmişdi.
O 2019-cu ilin fevralında Rusiyada saxlanılaraq Bakıya gətirilib və ona qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə ittiham irəli sürülüb. 
2014-cü ildə vətəndaşlıq almaq üçün Rusiyanın müvafiq qurumlarına müraciət etsə də, vətəndaşlıq ala bilməyib. Uzun müddət Rusiyada yaşayan F.Abbasov haqqında ötən ilin fevralında deportasiya qərarı çıxarılıb.

DİGƏR XƏBƏRLƏR

Top