Ən təsirli koronavirus vaksinini tapan türk professor: "Pandemiyanı dayandıracaq"


Bir neçə gün əvvəl koronavirusa qarşı 90 faiz təsirli vaksin hazırladıqlarını açıqlayan BioNTech dərman şirkətinin qurucularından türk əsilli professor Dr. Uğur Şahin İngiltərə mətbuatına açıqlamalar verib.
Yeniavaz.com “Sözcü”yə istinədən xəbər verir ki, türk professor bildirib ki, “Pfizer” dərman firması ilə razılaşmaları peyvəndin hazırlanma işini sürətləndirib.
O qeyd edib ki, vaksinin fərqli yaş qruplarına fərqli qoruma səviyyələri təmin edib-etməyəcəyi sualının cavabı üç həftə içərisində məlum olacaq. Sözügedən peyvəndin fərqli etnik qruplara necə təsir edəcəyinin isə dəqiq bilinmədiyini deyib.
Professor peyvəndin pandemiyanı dayandıracağını bildirib: “Peyvəndin bu virusu məğlub edəcəyini artıq bilirik”.
U. Şahin, vaksinin üç həftəyə qoldan iki dozada tətbiq ediləcəyini və bununla da ən az bir illik qoruma təmin ediləcəyini açıqlayıb.
Qeyd edək ki, Uğur Şahin son aylarda Almaniyanın 93-cü varlı adam adına layiq görülüb. 4 il əvvəl qurduqları şirkəti 400 milyon avroya satan Şahin və həyat yoldaşı Özləm Türeci, COVID-19 peyvəndini hazırlamağa başlayandan sonra 2019-cu ildə 650 milyon avroluq sərvətlərini 2,4 milyard avroya çatdırıblar.

DİGƏR XƏBƏRLƏR

Top