ABŞ-ın yeni prezidenti Bayden ayda nə qədər qazanacaq?


ABŞ-ın 46-cı prezidenti Co Baydenin maaşı hesablanıb.
Yeniavaz.com “Sözcü”yə istinadən xəbər verir ki, bu barədə “Business Insider”analitik mərkəzi məlumat yayıb.  Mərkəzin məlumatına görə Baydenin aylıq maaşı 33 min 333 dollar olacaq. Buraya əlavə gəlirlər daxil deyil.
Qanunla müəyyən edilmiş qaydalara əsasən ABŞ prezidenti ildə 400 min dollar qazanır. Bundan əlavə prezident hər il 50 min dollar müavinət alır. Əgər sözügedən məbləğ bitmirsə, qanuni olaraq xəzinəyə qaytarılır.
ABŞ prezidentlərinin vergi tutulmayan səyahət büdcəsi 100 min dollar həcmindədir. Digər əlavə xərclər üçün hər il 19 min dollar alır. Əgər istəyərsə, Ağ Evi də yenidən təmir etmək üçün əlavə 100 min dollar büdcə də ayrılır. Keçmiş ABŞ prezidenti Obama bu məbləğdən istifadə etməyib.
Qeyd edək ki, ABŞ-ın ilk prezidenti Corc Vaşinqtondan bu günə kimi Amerikada prezidentlərin maaşları yalnız beş dəfə qalxıb. Sonuncu dəfə ABŞ liderlərinin maaşı 2001-ci ildə iki dəfə artırılaraq, 200 mindən dollardan 400 min dollar qaldırılıb.

DİGƏR XƏBƏRLƏR

Top