Arayik Harutyunyan niyə təslim olduqlarını AÇIQLADI


Bu gün işğal altında olan Qarabağdakı separatçıların başçısı Arayik Harutyunyan qondarma rejimin “parlamentində” təmsil olunan “fraksiya” nümayəndələrilə görüşüb.
Yeniavaz.com
xəbər verir ki, bunu Arayik Harutyunyan özünün “Facebook” səhifəsindən açıqlayıb.
Arayik Harutyunyan bildirib ki, Qarabağda hərbi əməliyyatların dayandırılması üçün Ermənistanın baş naziri Nikol Paşinyana onun özü müraciət edib.
Harutyunyan deyib ki, “silahlı qüvvələrin” komandanlığı israr etdiyi üçün və mövcud hərbi vəziyyəti nəzərə alınaraq belə bir qərar qəbul edilib: “Müharibənin davam etməsi Stepanakertin (Xankəndi –red.) süqutu, digər şəhərlərin, kəndlərin və minlərlə hərbçinin mühasirəyə alınması da daxil olmaqla daha çox insan və ərazi itkilərinə səbəb olacaqdı”.

DİGƏR XƏBƏRLƏR

Top