Qardaş ölkənin Azərbaycana yardımları davam edir


Türk Qızıl Ay və Azərbaycan Qızıl Aypara cəmiyyətinin yardımları bölgələrdə davam edir.

Yeniavaz.com xəbər verir ki, koronavirusla mübarizə tədbirlərinə qoşulan Türk Qızıl Ay və Azərbaycan Qızıl Aypara cəmiyyəti Mingəçevir bölməsi şəhərdə əhalinin sıx gediş-gəlişi olan yerlərdə aksiya keçirib. Aksiyada əhaliyə tibbi maskalar tibbi spirt və tibbi əlcəklər paylanılıb. Həmçinin əhali ilə maarifləndirici söhbətlər aparılıb, koronavirusun qarşısının alınması üçün bu cür maarifləndirici söhbətlər apararaq qeyd olunub ki, vəziyyət kifayət qədər ciddidir, gücümüzü bir yerə qoymalıyıq, hökumətin gördüyü tədbirlərə dəstək verməliyik. Əks halda fəlakətdən heç birimiz qaçıb qurtara bilməyəcəyik.
Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top