İtinə qızıl heykəl ucaltdı, qarşısında şeir dedilər - VİDEO


Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov, paytaxt Aşqabadda alabay cinsindən olan itinə heykəl ucaldıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, 6 metrlik qızıl örtüklü heykəlin açılışı mərasimlə qeyd edilib. Dövlət televiziyası ilə canlı yayımlanan mərasimdə it üçün şeir oxunub. Təşkil olunmuş tədbirdə əvvəllər alabay itlərinə kitab həsr etmiş türkmənbaşı Berdiməhəmmədov da iştirak edib.
Heykəl, Berdiməhəmmədovun ölkədə simvol halına gəlmiş at üstündə heykəlinin müəllifi Sarqart Babayev tərəfindən hazırlanıb.
Heykəlin məbləği barədə heç bir açıqlama verilməyib.

DİGƏR XƏBƏRLƏR

Top